Boliviya Prezidenti Evo Morales istefa verib.
TASS xəbər verir ki, oktyabrın 20-də keçirilən prezident seçkilərində Ali Seçki Məhkəməsi hazırkı dövlət başçısı E. Moralesin seçkilərdə qalib gəldiyini elan etmişdi.
Onun əsas rəqibi – sabiq prezident Karlos Mesa isə Moralesin qələbəsini qəbul etmədiyini bildirmişdi.
Seçkilərin nəticələrinin elan olunmasından sonra Boliviyada etiraz aksiyaları və tətillər başlamışdı.
Ordu da daxil olmaqla bir çox dövlət qurumları həmçinin polislər də etiraz aksiyalarına qoşulub.