“Siçovul ovçuları” meydana yanan şir çıxardılar – VİDEO

0
413

Xorxe Luis Hirşinin adını daşıyan meydanda qəflətən tribunaların üzərində tamamilə oddan yaranmış kimi görünən şir peyda olub

Argentinanın “Estudiantes de la Plata” futbol klubu yeni meydançasının açılışında azarkeşlərə inanılmaz anlar yaşadıb.

Xorxe Luis Hirşinin adını daşıyan meydanda qəflətən tribunaların üzərində tamamilə oddan yaranmış kimi görünən şir peyda olub. Nəhəng “odlu” holoqram tribunaların üzəri ilə var-gəl eləməyə başlayıb. Azarkeşlər olanları heyranlıqlar izləyiblər.

Xatırladaq ki, “Estudiantes” klubunun köhnə stadionu 1907-ci ildə tikilmiş, yüz il sonra isə sökülərək yenidən inşa edilməyə başlamışdı. Bu illər ərzində “Siçovul ovçuları” ləqəbli klub Buenos-Ayres əyalətinin hökumətinə məxsus, 53 min azarkeş tutumu olan “Estadio Syudad de la-Plata” meydanında oynayırdı.