Baş Cinayət Axtarışı İdarəsi və Xətai rayon Polis İdarəsi 34-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən pul və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən əcnəbi vətəndaş D.Qoqiçaişvili saxlanılıb.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, ətrafında aparılmış tədbirlərlə onun daha 4 evdən pul və qızıl-zinət əşyaları oğurlaması da müəyyən edilib.