8 Noyabr – Zəfər Günü qardaş Türkiyədə də qeyd olunub.
Əlamətdar gün münasibətilə İstanbulun simvollarından biri olan 15 İyul Şəhidlər Körpüsü və Ankarada yerləşən TOBB Əkiz Qüllələri Azərbaycan bayrağının rənglərinə bürünüb.
Hər iki tikilinin üçrəngli bayrağımızın rəngləri ilə işıqlandırılması Zəfər Gününə həsr olunub.




