“Survivor”yeni formatıı və rekord mükafatı açıqlandı

Türkiyənin məşhur “Survivor” yarışmasının 2027-ci il mövsümü ilə bağlı yeni təfərrüatlar açıqlanıb.

“Survivor 2027” yarışmasının yeni mövsümü 2027-ci il yanvarın 1-də başlayacaq.

Bu dəfə tamaşaçıları fərqli konsepsiya, daimi kapitanlar və böyük pul mükafatı gözləyir.

Yeni mövsümdə kapitanlıq sistemi tətbiq olunacaq. Yarışmada iki daimi kapitanın – Turabi Çamkıran və Ögeday Girişkenin yer alacağı bildirilir. Hər iki komanda könüllülərdən təşkil olunacaq və kapitanlar tərəfindən idarə ediləcək.

Yarışmanın yeni mövsümündə qalibə veriləcək mükafatın məbləği də açıqlanıb. Belə ki, “Survivor 2027″nin qalibi 10 milyon Türkiyə lirəsi ((təxminən 344 min manat) qazanacaq.