Bu gün Azərbaycanda dəmir yolu işçilərinin peşə bayramı qeyd olunur.
Bu münasibətlə “Azərbaycan Dəmir Yolları” QSC (ADY) təbrik mesajı yayımlayıb.
Qurumdan bildirilib ki, 146 illik zəngin tarixə malik Azərbaycan dəmir yolları bu gün müasir tələblərə cavab verən, ölkəmizin nəqliyyat-logistika imkanlarını genişləndirən və qitələrarası bağlantılarda mühüm rol oynayan strateji sahələrdən biridir:
“Dəmiryolçuların fədakar əməyi yalnız sərnişin və yük daşımalarının təhlükəsiz, rahat və dayanıqlı təşkilinə deyil, eyni zamanda iqtisadi inkişafın, sosial rifahın və regional əməkdaşlığın möhkəmlənməsinə xidmət edir. Bu əlamətdar gün münasibətilə bütün dəmiryolçuları ürəkdən təbrik edir, şərəfli fəaliyyətlərində uğurlar, möhkəm cansağlığı və tükənməz enerji arzulayırıq”.



