Moskvaya doğru 500 PUA uçub

Moskva meri Sergey Sobyanin Ukrayna dronlarının Moskva bölgəsinə kütləvi hücumu barədə məlumat verib.

Merin sözlərinə görə, 13 oktyabrda Moskva vaxtı ilə saat 20:30-dan 14 oktyabr Moskva vaxtı ilə saat 7:00-dək bölgəyə doğru 493 dron uçub.

Onların əksəriyyəti şəhər kənarında hava hücumundan müdafiə qüvvələri tərəfindən zərərsizləşdirilib. Paytaxta yaxınlaşarkən 180 dron məhv edilib.

Mer bu barədə “Max” sosial şəbəkəsindəki kanalında yazıb.

Sobyanin tələfat və ya dağıntı barədə məlumat verməyib.