“Anklavlar olmayacaq, yollar…” – Paşinyan Əliyevlə görüşdən sonra elan etdi

“Azərbaycanla sülh razılaşmasına əsasən, Ermənistanın ərazisi 29.743 kvadrat kilometr olmalıdır. Sərhədin hər iki tərəfindən anklav və ya eksklav olmamalıdır. Ermənistan və Azərbaycan ərazi mübadiləsini dəqiq ölçülərdə aparmalıdırlar”.
Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

Paşinyan bildirib ki, Azərbaycan və Ermənistan arasında bütün yollar və kommunikasiyalar açılmalıdır: “İrəvan və Bakı bir-birinə qarşı heç bir tələb irəli sürməməlidir”.

Nikol Paşinyanın bu açıqlamaları Türkmənistanda Prezident İlham Əliyevlə təmaslardan sonra verməsi diqqət çəkir. Görünür, liderlər sülh prosesinin irəliyə doğru aparılmasını müzakirə edib.