2026-cı il meteomüşahidələr tarixində ən isti il olmaq riski daşıyır – buna El-Ninyo iqlim hadisəsi səbəb ola bilər.
Bu barədə “Agence France-Presse” agentliyi Avropanın “Kopernik” Yerin müşahidəsi xidmətinə istinadla məlumat yayıb.
Qeyd olunub ki, sentyabr ayında El-Ninyo Sakit okeanın əsas zonalarından birində temperatur rekordlarının müəyyənləşməsinə təkan verib. Bu, cari ilin orta qlobal temperatura görə rekord vurması ilə nəticələnə bilər.
“Agence France-Presse”in izah etdiyi kimi, El-Ninyonun güclənməsi qeyd olunan zonada suyun temperaturunu müvəqqəti olaraq qaldırır və miqyaslı iqlim dəyişikliklərinə səbəb olur. Fəsadlar ciddi ola bilər: quraqlıqlardan və daşqınlardan tutmuş qlobal istiləşmənin əlavə olaraq sürətlənməsinə qədər.
“Kopernik” xidmətinin direktoru Karlo Buontempo agentliyə şərhində bildirib ki, bu il El-Ninyo qeyri-tipik xüsusiyyətlər nümayiş etdirir. O vurğulayıb ki, cari tsiklin ötən illərin göstəricilərini üstələdiyini iddia etmək hələ tezdir. Lakin prosesin daha da güclənəcəyi təqdirdə 2026-cı ilin tarixə ən isti il kimi düşəcəyi istisna olunmur. Buontempo həmçinin ehtimal edib ki, rekord vuran 2026-cı ildən sonra eyni dərəcədə ekstremal 2027-ci il gələ bilər.



