Bir ailənin hamısı yaralandı – Yevlaxda ağır qəza

0
450

Bir ailənin hamısı yaralandıYevlax- Bəhrəmtəpə yolunda qəza hadisəsi baş verib.

Yolun Bərdə rayon Bəzrəvan kəndi ərazisində “Mitsubishi” markalı minik avtomobili ilə “ZİL” toquşub.

Hadisə nəticəsində 3-ü uşaq olmaqla 5 nəfər xəsarət alıb. Yaralıların hamısı bir ailənin üzvüdür.

Onlar Bərdə Mərkəzi Rayon Xəstəxanasına aparılıb.