“Neftçi” Şotlandiya klubundan futbolçu alır

Neftçi” heyətini Şotlandiya çempionatında çıxış edən futbolçu ilə gücləndirməyə hazırlaşır.

Bu barədə “The Courier” yazıb.

Məlumata görə, Bakı klubu “Dandi Yunayted”in 25 yaşlı xorvat yarımmüdafiəçisi Vitsko Şevelin transferi ilə bağlı razılığa gəlib.

Şevel “Dandi Yunayted”in “Kilmarnok”a qarşı şənbə günü keçirilən matçında iştirak etməyib. Bildirilir ki, futbolçu transfer məsələsini yekunlaşdırmaq, tibbi müayinədən keçmək və müqavilənin şərtlərini müzakirə etmək üçün Azərbaycana yollanıb. Tərəflərin transfer məbləği ilə bağlı da razılığa gəldiyi qeyd olunur.

Dayaq yarımmüdafiəçisi mövqeyində çıxış edən Şevel müdafiənin müxtəlif mövqelərində də oynaya bilir. Universal futbolçu kimi tanınan xorvat 2024-cü ildən “Dandi Yunayted”in formasını geyinir.

O, əvvəllər Xorvatiyanın “Hayduk”, Bosniya və Herseqovinanın “Sarayevo”, Rusiyanın “Akron” və Sloveniyanın “Radomlje” klublarında çıxış edib, Xorvatiyanın U-20 millisində forma geyinib.