İranın nüvə silahı olsaydı, İsrail artıq yox idi – Tramp

ABŞ prezidenti Donald Tramp İranın nüvə silahına sahib olacağı təqdirdə İsrailin məhv ediləcəyini bildirib.

O,bu barədə “Fox News” telekanalına müsahibəsində danışıb.

“Onlar son dərəcə qəddar və pis insanlardır. Əgər nüvə silahları olsaydı, İsrail artıq mövcud olmazdı”, – Tramp deyib.

Ağ Ev rəhbəri qeyd edib ki, İran, əslində, neytral mövqe tutan ölkələrə – Səudiyyə Ərəbistanı, Qətər, BƏƏ, Bəhreyn və Küveytə hücum edib.

Trampın sözlərinə görə, bu addım onu təəccübləndirib. O, bunun İranın malik olduğu dəstəyi itirməsi baxımından Vaşinqton üçün əlverişli məqam olduğunu deyib.