Budanov: “Müharibənin dayandırılması real deyil!”

Hazırda Ukraynadakı münaqişənin dayandırılması real deyil. 

Bunu Ukrayna Prezident ofisinin rəhbəri Kirill Budanov Natalya Moseyçuka verdiyi müsahibədə bildirib.

O, Rusiyanın münaqişəni dayandırmaq istəmədiyini söyləyib: “Hazırda Rusiya təmas xətti boyunca müharibəni bitirmək istəmir. Bu ölkə qəti şəkildə bunu istəmir! Hazırda danışıqlar əsasən əsir mübadiləsi ilə məhdudlaşır. Düşünürəm ki, hər kəs danışıqların irəliləyişini tezliklə görəcək. Amma bu, daha çox məsələnin texniki tərəfidir. Biz müharibəni indi dayandırmayacağıq. Ona görə yox ki, biz bunu istəmirik. Ona görə ki, sadəcə bu qeyri-realdır”.

Budanov həmçinin daha bir genişmiqyaslı əsir mübadiləsinin baş tutacağını deməklə yanaşı, Ukraynanın qışda da döyüşəcəyini vurğulayıb.