Hərbi komissar öldürüldü

Ukraynada yüksək rütbəli hərbçi qətlə yetirilib. 

Bu barədə RİA Novosti məlumat yayıb. Nəşr güc strukturlarındakı mənbəsinə istinad edib. Qeyd edilib ki, öldrülən şəxs Sumı şəhərinin TÇK-sının (Hərbi komissarlığın analoqu-red.) rəisi, polkovnik Andrey Puqaçdır.
Agentliyin mənbəsi onu da əlavə edib ki, Ukrayna rəsmiləri hələlik Sumı TÇK rəhbərinin hansı səbəbdən və hansı şəraitdə ölməsinə şərh verməyiblər.

Qeyd edək ki, son iki ildə TÇK-lar ilə bağlı narazılıqlar xeyli artıb. Sosial şəbəkələrdə insanları küçə və ictimai yerlərdə zorla TÇK avtomobillərinə mindirərək səfərbərliyə alınmasını əks etdirən görünütülər yayılır. Ayrı-ayrı vaxtlarda isə TÇK avtomobillərinin yandırılması, əməkdaşlara hücum halları da qeydə alınıb.

Məsələn, bir neçə gün öncə, avqustun 25-də Ukraynanın qərbindəki Ternopolda bir qrup yerli sakin TÇK əməkdaşlarına məxsus nəqliyyat vasitəsinə hücum etmişdi. Daha sonra hadisə yerinə polis və xüsusi təyinatlılar cəlb edilib və şəhər küçələrində zirehli maşınlar görünmüşdü.