Dünya Çindən danışır – 1384 uçuşu ləğv etdilər

Şanxayın Pudonq və Honqyao hava limanları “Dolfin” tayfununun yaxınlaşması səbəbindən uçuşların təxminən 60%-ni ləğv edib.

Bu barədə “Pengpai” məlumat yayıb.
Nəşrin məlumatına görə, meqapolisdə ümumilikdə 1384 uçuş ləğv edilib: Honqyaoda 513, Pudonqda isə 871 reys reallaşmayacaq.

Bundan əlavə, 9-10 avqust tarixləri arasında Çinin şərqində yüksək sürətli qatarlarla bağlı dəmir yolu xidmətlərinin sayı azaldılıb. Tayfunun yaxınlaşması səbəbindən Şanxayın sahil ərazilərindən 30 mindən çox insan təxliyə edilib.

Qeyd edək ki, Çinin Mərkəzi Meteorologiya Stansiyası “Dolfin” tayfununun yaxınlaşması səbəbindən ən yüksək səviyyə sayılan qırmızı həyəcan siqnalı verib. Qurumun məlumatına görə, fırtınanın 9 avqustda ölkənin şərq sahillərinə, Çjetszyan əyalətinin Sanmen bölgəsi ilə Fudinq əyalətinin Fuçyan ərazisini əhatə edəcəyi gözlənilir.