Lionel Messinin atasından başqa Argentina futbolunun daha bir itkisi var.
Migel Ubaldo İnqomiriello uzun ömrünün son günlərini doğma şəhəri La Platadakı İspan Xəstəxanasında keçirərək, 99 yaşında vəfat edib.
Onun futbol karyerası yarım əsrdən çox davam edib, əvvəlcə oyunçu, sonra isə məşqçi kimi.
Argentina millisini 1974-cü il Dünya Kubokuna aparan, həmçinin Mario Kempesi kəşf edib milli komandaya təqdim edən də məhz o idi. Mario Kempes 1978-ci ildə Argentina tarixində ilk dəfə Dünya Kubokunu qazanarkən komandanın ulduzu olacaqdı.




