Ukrayna Müdafiə Qüvvələri Azov dənizi akvatoriyasında Rusiyanın 21 tankerini, eləcə də dörd yedək gəmisini, iki quru yük gəmisini və bir dibdərinləşdirən gəmini vurub.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Qurumun məlumatına görə, hücum Rusiyanın hərbi-iqtisadi potensialının zəiflədilməsi tədbirləri çərçivəsində iyulun 11-nə keçən gecə həyata keçirilib.
Baş Qərargahdan bildirilib ki, Rusiya tankerlərindən beynəlxalq sanksiyalardan yan keçməklə neft və neft məhsullarının daşınması üçün istifadə olunur və bu, Ukraynaya qarşı hərbi əməliyyatların maliyyələşdirilməsi üçün vəsaitlərin daxil olmasını təmin edir.
Eyni zamanda qeyd olunub ki, vurulmuş yedək gəmiləri, quru yük gəmiləri və dibdərinləşdirən gəmi hərbi logistika, yüklərin daşınması və liman infrastrukturunun fəaliyyətinin dəstəklənməsi üçün istifadə edilir.




