Sabah çimərliklərə hazırlaşanlara güclü külək XƏBƏRDARLIĞI

İyulun 12-də Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, şimal-qərb küləyi gündüz arabir güclənəcək.

Dəniz suyunun temperaturu

Şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 24-25,

Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 25-26 dərəcə isti olacaq.