Qəbul imtahanında 11 nəfərdə telefon aşkarlandı

Bu gün II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanında 11 nəfərdə mobil telefon aşkarlanıb.

Bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.

Bildirilib ki, qayda pozuntularına yol verdiyi üçün imtahandan xaric olunanların müsabiqə nəticələri ləğv olunur və onlar ixtisas seçiminə buraxılmırlar.