Ukraynada gərgin döyüşlər davam edir.
Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti yeni dronlardan istifadəyə dair məlumat yayıb. Qeyd edilib ki, Rusiya Silahlı Qüvvələri Çerniqov bölgəsindəki yanacaqdoldurma məntəqəsinə zərbə endirib. Əməliyyat zamanı yeni “Geran-4 Seeker” dronlarından istifadə edilib.
“Geran”la vurulan zərbə nəticəsində stansiya dağıdılıb.
Rusiya hərbi qüvvələri eyni bölgədəki yanacaqdoldurma məntəqələrinə də zərbələr endiriblər. Müdafiə Nazirliyinin məlumatına görə, bu stansiyalardan Ukrayna ordusunun maşınlarına yanacaq doldurmaq üçün istifadə olunub.




