Paşinyan: Yeni konstitusiyanın qəbul edilməsi gündəmdədir

Ermənistanda yeni konstitusiyanın qəbul edilməsi məsələsi hələ də hakim “Vətəndaş müqaviləsi” partiyasının gündəliyindədir.

Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Konstitusiya Günü münasibətilə xalqa müraciətində bildirib.

Paşinyanın fikrincə, konstitusiyanın əsas əhəmiyyəti qanunun aliliyinin, konstitusiya quruluşunun yaradılmasında və bu quruluşun yaranmasını, onun xalqla üzvi əlaqəsini təmin etməkdədir.