Zəlzələdən sonra göy üzü qan rəngində oldu: Dəhşətli görüntülər

Zəlzələlərdən sonra Venesuelanı bürüyən qan rəngindəki səma sosial mediada böyük ajiotaj yaradıb. Mütəxəssislər hadisənin təbii səbəblərdən baş verdiyini bildiriblər. 

Dağıdıcı zəlzələlərdən sonra Venesuelanı bürüyən qan rəngindəki səma həm ölkə miqyasında, həm də sosial mediada böyük ajiotaj yaradıb. Paytaxt Karakasda gün batımı zamanı çəkilən görüntülərdə səma parlaq qırmızı örtüklə örtülmüş kimi görünüb və bir çox insan bu qeyri-adi mənzərəni son böyük fəlakətlə əlaqələndirib. 

İyunun 24-də 7,2 və 7,5 bal gücündə baş verən iki güclü zəlzələ Venesuelanın şimalında genişmiqyaslı dağıntılara səbəb olub. Xüsusilə La Quayra ştatında çoxsaylı binalar yerlə yeksan olub və rəsmi rəqəmlər ən azı 2300 nəfərin öldüyünü göstərir. On minlərlə insanın hələ də dağıntılar altında qaldığına inanılır və axtarış-xilasetmə qrupları zamanla yarışır. ƏtraflıAd – 00:05

Zəlzələlərdən sonra Karakas səmasında müşahidə olunan intensiv qırmızı gün batımı sosial mediada sürətlə yayılıb. Qısa müddət ərzində milyonlarla dəfə izlənilən fotolar bəzi istifadəçilər tərəfindən İncildəki qiyamət əlamətləri ilə əlaqələndirilib. 

Bəzi sosial media istifadəçiləri, xüsusilə Yoel peyğəmbərin kitabının 2:30-31 ayələrinə istinad edərək, səmadakı qırmızı rəngin ilahi bir xəbərdarlıq ola biləcəyini irəli sürüblər. Bu ayələr səmada od, tüstünün və qanın görünməsini, günəşin qaralmasını və ayın qana çevrilməsini təsvir edir.

Bu şərhlər sosial mediada tez bir zamanda geniş yayılıb və bəzi istifadəçilər hadisənin adi bir təbii hadisə olmadığını iddia ediblər.

Mütəxəssislərdən elmi izah

Lakin meteorologiya və atmosfer mütəxəssisləri görüntülərin tamamilə təbii səbəblərdən qaynaqlandığını bildiriblər. Mütəxəssislərin fikrincə, “Kandilazo” adlanan atmosfer fenomeni zamanı günəş işığı atmosferdəki sıx toz hissəcikləri ilə qarşılıqlı təsir göstərir və səmanın qırmızı və narıncı rənglərin tünd çalarlarını almasına səbəb olur.

Həmçinin bildirilib ki, bu dövrdə Sahara səhrasından Karib dənizinə və Şimali Cənubi Amerikaya daşınan sıx toz buludları bu təsirdə mühüm rol oynayıb. Mütəxəssislər günəşin doğuşu və batımı zamanı müşahidə olunan bu rəng dəyişikliyinin təbii hadisələrin nəticəsi olduğunu və zəlzələ ilə birbaşa əlaqəli olmadığını vurğulayıblar.