Dünyanın ən təhlükəsiz şəhərlərinin yeni reytinqi açıqlanıb.
Analitik agentliyin hazırladığı siyahıda ilk dörd pilləni Birləşmiş Ərəb Əmirliklərinin şəhərləri tutub. Reytinqə Əcman başçılıq edir. Sonrakı yerlərdə isə Əbu-Dabi, Ras əl-Xayma və Şarja qərarlaşıb.
Reytinq hazırlanarkən şəhərlərdə cinayətkarlığın səviyyəsi, terror təhlükəsi, korrupsiya riski və ümumi sosial sabitlik kimi meyarlar nəzərə alınıb.
Siyahıda beşinci yerdə Qətərin paytaxtı Doha qərarlaşıb. Dubay isə altıncı pillədə yer alıb.
Rusiya şəhərləri arasında ən yüksək təhlükəsizlik göstəricisi Nijni Novqorodda qeydə alınıb. Şəhərin təhlükəsizlik indeksi Avropanın Vyana və Madrid kimi paytaxtlarının göstəriciləri ilə müqayisə olunur.
Rusiya üzrə siyahının növbəti pillələrində isə Moskva, Sankt-Peterburq, Yekaterinburq və Novosibirsk yer alıb.




