“Microsoft”dan sürpriz qərar: “Windows 10”a pulsuz yeniləmələr təqdim ediləcək

“Microsoft” gözlənilmədən “Windows 10” istifadəçiləri üçün təhlükəsizlik dəstəyini uzadıb.

Şirkətin qərarına əsasən, “Extended Security Updates” (ESU) proqramına qoşulan istifadəçilər təhlükəsizlik yeniləmələrini daha uzun müddət – 2027-ci ilin oktyabrına qədər almağa davam edə biləcəklər.

Bu addım xüsusilə “Windows 11”ə keçə bilməyən və ya köhnə avadanlıqdan istifadə edən istifadəçilərə əlavə vaxt qazandıracaq.