Gecə aeroport yolu bağlandı – SƏBƏB

0
556

Gecə aeroport yolu bağlandı - SƏBƏBÖtən gecə aeroport yolu üzü şəhər istiqamətində bağlanıb.

Buna səbəb ağır yol-nəqliyyat hadisəsi olub. Saat 03 radələrində ağırtonnajlı yük avtomobili Mərdəkan istiqaməti ilə hərəkətdə olarkən idarəetməni itirərək əks yola çıxıb.

Aşaraq yolu bağlayan “Shacman” markalı yük avtomobili yol infrastrukturuna da ziyan vurub. Hadisə yerinə cəlb olunan yol patrul xidmətinin əməkdaşları mərkəzə gələn avtomobilləri Zığ istiqamətinə yönəldiblər.