Sabah bu rayonlarda qaz olmayacaq

Sabah Qazax Gədəbəy, Şəmkir və Tovuz rayonlarının bir hissəsində qaz təchizatı dayandırılacaq.

Bu barədə Şəmkir Regional Qaz İstismarı İdarəsindən məlumat verilib.

Bildirilib ki, Aşkar olunmuş qaz sızmalarının aradan qaldırılması və “Qaz İxrac” İdarəsi tərəfindən aparılacaq təmir-quraşdırma işləri ilə əlaqədar sabah saat 09:00-dan işlər yekunlaşanadək Qazax rayonunun Daş Salahlı və Aşağı Salahlı kəndlərinin, Gədəbəy rayonunun, Şəmkir və Tovuz rayonlarının bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.