Rusiya Təhsil Nazirliyi işğal altında olan Krımda uşaq düşərgələrinin bağlanmasına nəzarət edir.
Nazirlik yaranan problemləri həll etmək və uşaqların təhlükəsizliyini təmin etmək üçün xüsusi qrup yaradıb.
Rusiya Təhsil Nazirliyinin məlumatına görə, uşaqların düşərgələrdə yerləşdirilməsi və rezervasiyası 1 sentyabr tarixinə qədər dayandırılıb. Hazırda Krımın ən böyük düşərgəsindən uşaqların daimi yaşayış yerlərinə planlaşdırılmış təxliyəsi həyata keçirilir. Təhlükəsizlik rəsmiləri bütün səyahət boyu gənc sərnişinlərin təhlükəsizliyini təmin edirlər.
Valideynlərə bütün zəruri məlumatlar fərdi qaydada verilir. Rusiyanın digər bölgələrində uşaqları üçün alternativ tətil və sağlamlıq imkanları təklif olunacaq.
Təhsil Nazirliyi vətəndaşları yalnız rəsmi məlumat mənbələrinə etibar etməyə və təşvişə düşməməyə çağırır.




