Həyat anlayışının simpoziumu budur.
Xeyr gözəlliklər, sevinclər, şər – ağrılar, ölümlər . İnsan varlıqların daşıyıcısı. -Qəlbimiz, beynimiz, canımız bu ağırlığı necə daşıyır?
– Xeyr, şər zəncirlərini qıra-qıra.
- Necə?
- İlahinin bəxş etdiyi mənəvi, fiziki gücümüzlə.
- Səmavi varlıqların təsirinə anlayışı necə?
— Nə necə? - Gücümüz çatmayan, ağlımız yetməyən ünvanlara bağlı qalaq?
-Aça bildiyimiz qapıların arxasına güvənək.
Güvəndiyimiz yollardan çəkinək.
Xeyrimizi, şərimizi qiymətləndirməyi bacaraq. - Necə?
- Öyrənməklə, düşünməklə, dəyər verməklə.
Bu da hər birimizin qəlb yaranışından asılıdır.
Xeyiri şər görənlər, şərdə xeyir tapanlar da var.
Suallar da, cavablar da fərqli olan bu dünyada nə qədər qayda-qanunlar yaransa da, onları pozanların da sayı-hesabı yoxdur, olmayacaq da.
Demək ki, xeyir də, şər də bizi tərk etməyəcək.
Çox yaxşı, çox pis yaşayan yoxdur. Bunu anlamayanlar var.
Pisliyin də, yaxşılığın da, xeyrin, şərin də fərqli anlamlarda fərqli tıxacları var.
Hər birisi də həyəcanlıdır.
Rahatlıq müvəqqəti simvoldur.
Bizi rahat qoymayan arzuların sonsuzluğudur.
Arzularımız xeyirə calansın, şərdən uzaq olsun.
Səbrimiz şərləri üstələsin.
Qəlbimizi pisliklər yıxmasın, gücləndirsin.
Gücümüz təkcə arzulara deyil, gözəl əməllərə yol açsın.
Xeyir və şər anlamının təsirlərinə dözməyə də…
Sənubər Səhər




