Hər gün ət yemək zərərlidir? – ARAŞDIRMA

Qırmızı ətin sağlamlığa təsiri ilə bağlı yeni araşdırma aparılıb.

ABŞ-nin İndiana Universitetinin alimləri bildiriblər ki, gündəlik 170-200 qram mal əti istehlakı tip 2 şəkərli diabet risk faktorlarına mənfi təsir göstərmir.

Araşdırmada qeyd olunub ki, qırmızı ət uzun illərdir ürək xəstəlikləri və 2-ci tip diabet kimi kardiometabolik problemlərlə əlaqələndirilsə də, sağlam qidalanma çərçivəsində qəbul edilən mal əti ürək sağlamlığını dəstəkləyə bilər.

İndiana Universiteti Bloomington İctimai Sağlamlıq Məktəbinin qonaq müəllimi Kevin Maki bildirib ki, aparılan tədqiqatın nəticələri mal ətinin qan şəkərinin tənzimlənməsinə və iltihab göstəricilərinə mənfi təsir etmədiyini göstərib.

Qeyd edək ki, ABŞ-də 160 milyondan çox insan kardiometabolik xəstəliklərdən əziyyət çəkir. Onların 36 milyondan çoxunda isə 2-ci tip diabet var.