Bakı-Dubay təyyarəsi İranda təcili eniş edib

Bakıdan Dubaya uçan “Flydubai” aviaşirkətinin sərnişin təyyarəsi İranın Şiraz şəhərinə təcili eniş edib.

 

Enişə səbəb hava layneri ilə bağlı texniki problemlər olub.

Hadisə zamanı sərnişinlərdən heç biri xəsarət almayıb.