CHP qurultayı nə vaxt keçiriləcək? – Kılıçdaroğlunun planı ortaya çıxdı

CHP sədrliyinə qayıdan Kamal Kılıçdaroğlunun fövqəladə qurultayı təxirə salmağı və partiyanı ümumi seçkilərə aparmağı planlaşdırdığı iddia edilib. 

Bu barədə türkiyəli jurnalist Fatih Atik məlumat yayıb.

“Yaxın gələcəkdə qurultay gözlənilmir. Kılıçdaroğlu CHP-ni seçkilərə aparacaq. O, prezidentliyə namizəd olmayacaq”, – jurnalist qeyd edib.

Digər tərəfdən, dünən Kılıçdaroğlu ilə telefon danışığı aparan Özgür Özel qurultay tələbini təkrarlayıb və heç bir kompromis olmayacağını vurğulayıb.

Bununla yanaşı, Kılıçdaroğluya yaxınlığı ilə tanınan Gürsel Tekin “Sözcü” qəzetinə bildirib ki, fövqəladə qurultay hazırlıqları qısa müddətdə başlayacaq və proses uzadılmayacaq. Onun sözlərinə görə, CHP-nin seçkili böyük qurultayı yeddi ay ərzində keçiriləcək.