Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsini Ukraynanın məhvi yoluna itələyir.
Bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev “RİA Novosti”yə müsahibəsində bildirib.
“Paşinyanın öz vətənini “banderovçu” Ukrayna yoluna fəal şəkildə itələməsi xüsusilə təhlükəlidir”, – Medvedyev bildirib.
Onun sözlərinə görə, Paşinyan Rusiyanın çoxsaylı qardaşlıq yardımı və dəstəyini qiymətləndirməyib, bunun əvəzinə Moskva ilə münasibətləri kəsməyi seçib: “Paşinyan Avrasiya İqtisadi İttifaqının sammitlərində iştirakdan imtina edib və İrəvanda Rusiyanın mənfur düşmənlərini toplayıb”.




