“Son şeirimə görə təhqir olundum” – Elza Seyidcahan: “Ərsiz arvadlar ağrıyır”

0
599

"Son şeirimə görə təhqir olundum" - Elza Seyidcahan: "Ərsiz arvadlar ağrıyır"Qeyri-adi şeirləri ilə gündəmdən düşməyən müğənni-bəstəkar Elza Seyidcahandan yeni xəbər var.
O, yeni şeirini ictimaiyyətlə paylaşıb.

Son şeirləri haqqında danışan sənətçi bildirib ki, Baba Pünhanın “Yazıq insan” adlı şeirini səsləndirib və tənqidlərlə rastlaşıb.

“Ötən günlərdə “Var-yox” layihəsində Baba Pünhanın “Yazıq insan” şeirini səsləndirdim və bəziləri elə bildi ki, şeiri mən yazmışam. Şeir haqqında hər zaman olduğu kimi, bəziləri yenə çirkablı sözlərini əsirgəməyib. Şeir Baba Pünhana məxsus idi və nə deyiblərsə özlərinə qayıdır. Bu şeirə mən musiqi bəstələmişəm”.

Elza Seyidcahan bildirib ki, Instagram hesabında paylaşdığı son şeirlərindən birinə görə də çox təhqir olunub.

“Son paylaşdığım “Hər şeyin öz vaxtı var” şeirində Süleyman peyğəmbərin kəlamlarından istifadə olunub. Bu şeirə də çox təhqir yazıblar. Mənim ən son şeirim isə “Adamsız evlər” şeiridi”.

E.Seyidcahan şeiri Modern.az-ın redaksiyasına da göndərib.

Adamsız evlər

Elə bilirsən,

Səni məndən soruşmurlar?

Hanı o?

O, hanı?

Danışmıram,

Eşqimizin faydasıdır,

Susuram.

Elə adamları sevdim ki,

Səni sevdiyimdən betər.

Görürsən?

Heç yadıma düşmürlər,

Unuduram.

Gəlmirlər, getmirlər,

Öpmürlər, sevmirlər.

Sən də, elə. Öləcəksən dərdimdən.

Çıxacaqsan,

Yaddaşımın ruhundan,

Birdəfəlik.

İkidəfəlik olmur.

Sevgi olur birdəfəlik.

Gəldi, gördü, sevdi, oldu, bitdi.

Bitdi, oldu, bitdi.

Sən məni sevdin,

Mən səni seçdim.

Sən məni aldın.

Mən sənə verdim…

Könlümü verməsəydim,

Ömrüm getməliydi qəmə.

Gəlmişdim birdəfəlik,

Yar baxçasından sənə.

Xal yanaqlı, bal gəlini,

Fəda olan xar dəlini.

Əlində ətri qalan,

Qolunda boynu quruyan,

Yolunda başı əyilən,

Mən, mən, mən!

Yolda qalan gözlərim

Necə yatsın?

Dilimə hopan öpüşlərin

Gecə vaxtı,

Dodaqlarımızda susan pıçıltılara,

Cığır deyib.

Ürəyimizdə şişən sözlərimizi

Necə ovutsun?

Ay adamsız evlər,

Dərd çəkməyin siz.

Evsiz adamlar partdıyır

Adamsız evlər çartdıyır

Ərsiz arvadlar ağrıyır

Arvadsız ərlər sızlayır

Qardaşsız bacılar neyniyir?

Bacısız qardaşlar kef eliyir…

Bəs qardaşsız torpaq?

Ey dilsiz zamanlar,

Susuz amanlar.

Ey haqlı gümanlar

Haqsız umanlar.

Bu atamsız anam,

Anamsız yaman.

Düşməyəcəm yadına,

Düşməyəcəksən yadıma.

Gəlməyəcəksən yanıma,

Qaçmayacağam qucağına.

Qolların həsrət qalacaqsa əyər,

Bunun günahını axtarmağa məyər,

Ürəyini üzüb sızıldatmağa dəyər?

Həsrət səni əyər.

Baxma mənə.

Səni gözlərim məğlub

Edər.

Nə etsin bədənimiz?

Sözlər nə desin?

Möhtacdır onlar

Saf eşqimizin.

Cəhənnəm əzabıdır

Yolunu gözləmək,

Bizi yaratdı yenidən,

Güclü sevişmək.

Ömrünün dəyəri mənəm

Quyuda olan su tək

Ruhumun dəyəri sənsən

Evin dəyəri insan kimi.

Adamsız evlər qarıyır

Ərsiz arvadlar kimi.

Adamsız evlər quruyur,

Heyvansız meşələr kimi.

Çəkilir,

Suyu qurumuş çaylar kimi.

Sonudur,

Balıqsız dənizlər kimi.

Arısız pətəklər kimi.

Son beşiklər

Evdə qalsa,

Yurdda yatsa,

Ocağımıza köz atsa,

Evlər adamsız qalmasa,

Çırağımız sönməsə,

Qəbirlər ağlamasa,

Eşidin məni:

Evdən gedən, evə dönən,

Evdə yatan, evdə ölən,

Qalan…

Evdə qaçan adamlar…

Evdən adam iyi gələr,

Yağlı badam iyi gələr,

Evdən adam iyi gələr.