2025-ci ildə hərraclarda dəyəri 10 milyon dollardan artıq olan çox sayda avtomobil satılıb.
Onların arasında əfsanəvi superkarlar, keçmişin məşhur yarış avtomobilləri və “Formula-1” bolidləri yer alıblar.
Dünyanın ən bahalı avtomobilləri adətən yeni və məhdud buraxılışlı superkarlar deyil, hərraclarda satılan eksklüziv modellər olur.
Əksər hallarda bunlar retro avtomobillərdir, lakin 2025-ci ildə müasir modellər də yüksək qiymətləri ilə diqqət çəkib.
2025-ci ilin ən bahalı 10 avtomobilini təqdim edirik:
1. “Mercedes-Benz W196” – 54 milyon dollar;
2. “Ferrari 250 LM”- 36.3 milyon dollar;
3. “Ferrari Daytona SP3” – 26 milyon dollar;
4. “McLaren F1” – 25 317 500 dollar;
5. “Ferrari 250 GT California Spider” – 25 305 000 dollar;
6. “Gordon Murray S1 LM” – 20 milyon dollar;
7. “Ferrari F2001” – 18 170 000 dollar;
8. “Ford GT40” – 13 205 000 dollar;
9. “McLaren MCL40A” – 11.5 milyon dollar;
10. “Ferrari F40 LM” – 11 005 000 dollar.




