Ukrayna Vladimir Putinin Ağ Evə etdiyi telefon zəngi səbəbindən Vladimir Zelenskinin Vaşinqtona səfəri zamanı ABŞ prezidenti Donald Trampdan bütün lazımi icazələri ala bilməyib.
Bu barədə Ukraynanın prezident ofisinin rəhbəri Andrey Yermak danışıb.
O deyib ki, Amerika lideri ilə görüş pis keçməyib.
“Ukrayna tərəfi bütün lazımi qərarları almasa da, gələcək işlərin əsası qoyulub. Zelenskinin nöqteyi-nəzərindən, ən vacibi odur ki, hər iki administrasiya danışıqların və hərbi əməliyyatların dayandırılmasının yalnız hazırkı cəbhə xətti ilə bağlı mümkün olması ilə razılaşıb”, – deyə Yermak qeyd edib.




