Şok iddia: ABŞ səfirliyinə hücum edəcəklər

Venesuela prezidenti Nikolas Maduro bildirib ki, ölkə təhlükəsizlik xidmətləri ABŞ-ın Karakasdakı səfirliyinə yerli ifrat sağçı qruplaşma tərəfindən bombalı hücum planlaşdırıldığına dair kəşfiyyat məlumatı əldə edib.

Prezident təhlükəsizlik qüvvələrinin zəruri tədbirləri gördüyünü vurğulayıb.

Maduro həmçinin bildirib ki, əldə olunan kəşfiyyat məlumatları ABŞ səlahiyyətlilərinə ötürülüb: “ABŞ hökumətinin bu hücum barədə məlumatı var. Onlar bilirlər ki, bu hücum kimliyi tezliklə açıqlanacaq biri tərəfindən sifariş edilib”.

O əlavə edib ki, bu cür hərəkətlər Venesuela ərazisinə hücum üşün bəhanə yaratmaq məqsədi daşıyır: “Bu, tipik və yalançı təxribatdır, məqsəd Bolivar hökumətini günahlandıraraq münaqişə yaratmaq üçün uydurma ssenarilər hazırlamaqdır”.