Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) direktoru Andranik Simonyanın rəhbərlik etdiyi nümayəndə heyəti Bakıda keçiriləcək III Beynəlxalq Təhlükəsizlik Forumunda iştirak edəcək.
Ermənistan nümayəndə heyətinin sentyabrın 19-dan 21-dək Bakıda keçiriləcək III Beynəlxalq Təhlükəsizlik Forumunda iştirak edəcəyi dəqiqləşib.
Qeyd edək ki, avqustun 8-də Ermənistan və Azərbaycan liderləri Vaşinqtonda birgə bəyannamə imzalayıblar və buna ABŞ prezidenti Donald Tramp da şahid olub. Bəyannaməyə əsasən, Ermənistan ABŞ-a Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutunun (TRIPP) – Sünik bölgəsindən keçməklə Naxçıvanla Azərbaycanı birləşdirən yolun inkişafı üçün 99 il müddətinə eksklüziv hüquqlar verəcək. ABŞ torpaq sahəsini infrastruktur və idarəetmədən məsul olan konsorsiuma subicarəyə verməyi planlaşdırır.




