Tramp ELAN ETDİ – Bu ölkədən xoş xəbər gözləyir

ABŞ Prezidenti Donald Tramp Ukrayna münaqişəsinin həlli ilə bağlı xəbər gözləyir.

Bu barədə Ağ Ev rəhbərliyi Böyük Britaniyanın Baş naziri Kiy Starmerlə görüşündən sonra mətbuat konfransında məlumat verib.

Tramp qeyd edib ki, Ukrayna ilə bağlı vəziyyətin tənzimlənəcəyinə inanır və bu məsələni həll etməyi öz üzərinə düşən bir vəzifə kimi görür.

“Rusiya ilə bağlı vəziyyətə gəlincə, ümid edirəm ki, sizə tezliklə yaxşı xəbər verəcəyik”, – deyə ABŞ lideri yekunlaşdırıb.

Bundan əlavə, ABŞ Prezidenti bildirib ki, Ukrayna münaqişəsi artıq üçüncü dünya müharibəsi ilə nəticələnmək təhlükəsi daşımır.