Rusiya ilə sərhəddə divar tikirlər: Quş da uça bilməyəcək

Estoniya Rusiya ilə sərhədini dron əleyhinə avadanlıqla təchiz etmək üçün 200 milyon avro xərcləməyi planlaşdırır.

Bu barədə respublikanın daxili işlər naziri İqor Taro bildirib.

Məlumata görə, Estoniya Daxili İşlər Nazirliyi ölkənin bütün şərq sərhədi boyunca hasarın tikintisini başa çatdırmağı planlaşdırır. Bundan sonra o, “dron divarı” yaratmaq üçün bütün növ texniki vasitələrlə, o cümlədən elektron müharibə (EW) sistemləri ilə təchiz ediləcək.

Taro qeyd edib ki, qarşıdakı 3-4 il ərzində bu layihə 200 milyon avroya başa gələcək.