Tofiq Bəhramov adına Respublika stadionu ESSMA-ya rəsmi olaraq üzv qəbul edilib

Tofiq Bəhramov adına Respublika stadionu Avropa Stadion və Təhlükəsizlik İdarəçiliyi Assosiasiyasına (ESSMA) rəsmi olaraq üzv qəbul edilib.

Bu barədə ESSMA-nın rəsmi səhifəsində də paylaşım edilib.

Belə ki, bu üzvlük stadionun beynəlxalq təcrübə mübadiləsinə qoşulması, təhlükəsizlik, idarəetmə və digər sahələrdə daha yüksək pilləyə yüksəlməsi baxımından faydalı olacaq.

Qeyd edək ki, paylaşımda 31200 tamaşaçı tutumu olan, futbol üzrə Azərbaycan milli komandası və “Qarabağ” futbol klubunun ev oyunlarını keçirdiyi stadionun dünyada futbol referisinin adını daşıyan ilk arena olduğu da qeyd edilib.