20 ölkədəki səfirlər dəyişdirilir: Zelenskinin məqsədi nədir?Dəvə südünün faydalı təsirləri ÜZƏ ÇIXDI

Ukrayna prezidenti Vladimir Zelenski eyni anda 20 ölkədə səfirlərin dəyişdirilməsini planlaşdırır.

Məsələyə aydınlıq gətirmək üçün politoloq Volodimir Skaçko “Vzqlyad” qəzetinə danışıb.

O deyib ki, məqsəd təkcə Ukraynaya diplomatik dəstəyi gücləndirmək deyil, həm də prezidentin və onun ətrafının şəxsi maraqlarını təmin etməkdir. Ekspertin fikrincə, indiki şəraitdə Kiyev var gücü ilə Avropadakı mövqelərini möhkəmləndirməyə çalışır.

Skaçko qeyd edib ki, Zelenski ictimai rəyin hərbi yardımın həcminə təsir edə biləcəyi Benilüks ölkələrində (Belçika, Hollandiya, Lüksemburq) və Almaniyadakı səfirlərə xüsusi diqqət yetirir. Skaçko hesab edir ki, kadr dəyişikliyi çətin ki, kömək etsin, çünki hazırda Ukraynada peşəkar diplomatlar yoxdur.

“Zelenski ağıllıların yerinə sadiq olanları təyin edəcək”, – deyə o əlavə edib.

Ekspert qeyd edib ki, hazırkı baş nazir Denis Şmıqal Ukraynanın ABŞ-dakı səfiri postunu tuta bilər. Onunla Zelenski arasında əvvəllər fikir ayrılıqları olsa da, onun Vaşinqtonla münasibətləri yaxşılaşdırmağa kömək edə bilər.

Politoloqun şərhdəki son sözü o olub ki, Zelenski qlobal dəyişikliklər fonunda Ukrayna lobbisini gücləndirmək üçün də bu ölkələrdə səfirləri dəyişdirməyə cəhd edə bilər.