İranda saxlanılan iki Fransa vətəndaşı “Mossad”a işləməkdə ittiham olunur

İranda həbs olunan iki Fransa vətəndaşı İsrailin “Mossad” kəşfiyyat xidmətinə işləməkdə ittiham olunub.

AFP agentliyi məlumat yayıb.

Məlumatda qeyd edilir ki, iğtişaşların təşkilinə görə həbs cəzası alan Sesil Koler və Jak Pari “rejimi devirmək üzrə sövdələşmək” və “korrupsiya” məqsədilə İsraillə əməkdaşlıq ediblər.

Hər iki Fransa vətəndaşının hakim qarşısına çıxarıldıqları qeyd olunur.

Qeyd edək ki, Sesil Koler və Jak Pari 2022-ci ilin mayında saxlanılıblar.