“Apple” şirkəti “iPhone” istehsalatını tam olaraq Çindən Hindistana köçürməyi planlaşdırır.
Bu barədə “Financial Times” məlumat yayıb.
Nəşrin mənbələrinin bildirdiyinə görə, şirkət köçürmənin iki il ərzində tamamlanacağını proqnozlaşdırır. Belə ki, 2026-cı ilin sonunadək şirkət ABŞ bazarı üçün nəzərdə tutulan “iPhone” modellərinin hamısını Hindistanda yığmağı planlaşdırır.
Buna səbəb isə Vaşinqtonla Pekin arasında gedən ticarət müharibəsidir.