İranda çevriliş hazırlanır: Şahın oğlu görün kimlərə çağırış etdi

0
17

İranın sonuncu şahı Rza Pəhləvinin oğlu İran hökumətini devirmək cəhdlərini maliyyələşdirmək üçün Qərbi fond yaratmağa çağırıb.

Bu barədə “Politico” məlumat yayıb.

Pəhləvinin fikrincə, Qərb ölkələri İranın dondurulmuş aktivlərindən istifadə edərək İranda hazırkı hökumətin əleyhdarları tərəfindən təşkil edilən tətilləri və etiraz aksiyalarını maliyyələşdirəcək “tətil fondu” yaratmalıdır. O əlavə edib ki, bu cür tədbirlər etirazlar “sistemi iflic vəziyyətinə sala və onun dağılmasına səbəb ola biləcək bir sıra mütəşəkkil əmək tətillərinin” həyata keçirilməsinə kömək edə bilər.

Pəhləvi deyib: “İşlərin dayandırılması və tətillər vasitəsilə rejimin iflic olması xalq üçün ən ucuz başa gələcək yoldur, bir şərtlə ki, onu axıra çatdıra bilək. Bu, bir neçə ay ərzində baş verə biləcək bir prosesdir”.

Xatırladaq ki, martın sonunda İranın ali dini lideri Əli Xamneyi əmin edib ki, Tehran İran xalqına zərər vuran hər kəsə “ağır yumruq” vurmağa hazırdır.