İstanbul Böyükşəhər Bələdiyyəsi (İBB) Media Inc.-ə qarşı başladılan “Korrupsiya” istintaqı çərçivəsində İBB Başçısı Əkrəm İmamoğlu və mətbuat müşaviri Murat Ongun da daxil olmaqla bir çox şəxs haqqında həbs qərarı çıxarılıb.
Bu barədə “Son Dakika” məlumat yayıb.
Bildirilib ki, hazırda İmamoğlunun evində polis qrupları tərəfindən genişmiqyaslı axtarış aparılır.