İrəvan təkliflərini Bakıya təqdim etdi: Bu problemin həlli üçün

0
9

Ermənistan Azərbaycana dəmir yolu ilə yükdaşıma probleminin həlli ilə bağlı təklif təqdim edib.

Bu barədə Ermənistanın baş nazirinin ofisinin bəyanatında deyilir.

“Ermənistan Respublikası 2025-ci ilin yanvarında Azərbaycanın qərb rayonlarından Ermənistan Respublikasının ərazisi ilə NMR-ə, əks istiqamətdə və üçüncü ölkələrə, Ermənistan Respublikasının şimal-qərb rayonlarından Azərbaycan Respublikasının ərazisindən keçməklə, o cümlədən cənub istiqamətində, eləcə də Ermənistanın cənubundakı ölkələrə dəmir yolu yüklərinin daşınması probleminin həlli ilə bağlı və o cümlədən silahlara qarşılıqlı nəzarət üçün ikitərəfli mexanizmin yaradılmasını nəzərdə tutan təklifləri Azərbaycan Respublikasına yazılı təqdim edib və Azərbaycandan müsbət cavab gözləyir”, – deyə məlumatda bildirilir.