Vətən Sağ Olsun

0
22

Bu gün Qəbələ rayon Dızaxlı kənd şəhid Xeyirbəy Cəlil oglu Səfərçinovun 4- cü il dönümü qeyd olundu.

Tədbirdə , Qəbələ TV,, şəhid ailələri, qazilər,, Oğuz şəhid ailələri yazarlar,, kənd əhli iştirak etdi

Əvvəlcə şəhidin məzarı üzərinə gül dəstələri qoyulmuş, ruhuna dualar oxunmuşdur.

Sonra şəhidin atası çıxış edərək gələn qonaqlara öz təşəkkürünü bildirmiş,oglu haqqında bu sözləri demişdir:
Xeyirbəy inanclı oglan idi. Allaha iman gətirənlər bilirlər ki, şəhidlər ölməz. Allah uca kitab olan Qurani- Kərimdə ayələrdə açıq şəkildə bu barədə yazılıb. Şəhid valideynlərinin , əzizlərinin və hamımızın yeganə təsəllisi odur ki, bizdən ayrılsa ,da Allahın dərgahında hüzur içində yaşayır.

Gıxış edənlər Xeyirbəy Səfrçinovun qəhrəmanlığından danışmış, ailəsinə başsağlığı vermişdilər.

Xeyirbəy Cəlil oğlu Səfərçinov 5 oktyabr 1993-cü ildə Qəbələ rayonu Yeni Dızaxlı kəndində dünyaya göz açıb. Şəhid Arzulla Rəhimov adına Dızaxlı kənd tam orta məktəbini bitirib. 2011-2013-cü illərdə Daskəsəndə yerləşən Milli ordunun “N” saylı hərbi hissəsində ləyaqətlə xidmət edən Xeyirbəyin komandiri Azərbaycan Respublikasının Milli Qəhrəmanı şəhid Polad Həşimov olub. Vətənə ləyaqətlə xidmət edən Xeyirbəy Səfərçinov manqa komandiri olub.
Xeyirbəy 2020-ci ilin sentyabr ayının 21-də hərbi təlimlərə cəlb edilir. 2020 ci il 27 sentyabrda başlanan İkinci Qarabağ müharibəsində Tərtər bölgəsində, Suqovuşanda və Talış kəndinin ərazisi uğrunda gedən qanlı döyüşlərdə şücaətlə vuruşur. O , 2020 ci il 22 oktyabrda Suqovuşanda ağır döyüşlər zamanı qəhrəmancasına şəhid olur və 24 oktyabrda Qəbələ rayonu Yeni Dızaxlı kənd qəbristanlığında dəfn olunub. Xeyirbəy Turizm və Otelçilik üzrə Peşə Tədris Mərkəzinin məzunudur. Xeyirbəy gözəl operator idi. Onun kamerasından ünvanlanan toy şənliklərinin , ad günlərinin və digər toplantıların video-kasetləri bu gün bizim üçün yadigar qalıb. Bu videolara baxdıqca şəhidimiz xatırlanacaq , ruhu şad olacaq.

Allah rəhmət etsin

Tədbir ata ocağında ehsan süfrəsi arxasında davam etmişdir.

Allah rəhmət eləsin Şəhidlərimizə

Təranə Alməmmədova

Dünya Azərbaycanlıların Mədəniyyət Mərkəzi, Sabitlik və İnkişaf Mərkəzi, İB Qəbələ rayon nümayəndəliyinin rəhbəri