Qalibiyyət Dastanı Şəhidlər

0
23

Bu gün Qəbələ rayon Kiçik Əmili kənd şəhidi Bayramov Coşqunun 4- cü il dönümü qeyd olundu.

Bayramov Coşğun Ənvər oğlu 1991_ci ildə Mayın 25_də Qəbələ rayon Qəmərvan kəndində anadan olub.1998_ci ildə Qəbələ rayon Kiçik Əmili kəndində 1_ci sinifə gedib.2009_da hərbi xidmətə gedib 3 ay Bakı Patandarda çavuşluq oxuyub.Sonra Beylaqanda haramın düzündə qərərgahda manqa kamandiri olub.2011_ci ildə hərbini başa vurub gəlib.2013 ildə Prezdent İgahmətgahda işə başladı.2020_ci ildə sentyabrın 21_də Səfərbərliklə ələqədar hərbiyə çağırıldı.Sentyabrın 27_si 2_ci Qarabağ müharibəsinin könülü olaraq iştirakcısı oldu. TƏRTƏR Suqovuşan Ağdər istiqametində gedən döyüşlərdə böyük qəhrəmanlıq gösdərərək şəhidlik zirvəsinə ucaldı. 6 Oktyabrda şəhid oldu 24 Oktyabrda Kiçik Əmili kəndində dəfn olundu.Prezdentin səramcamı ilə ,Vətən uğrunda ,Suqovuşanın azad olunması uğrunda və Laçının azad olunması uğrunda medalari ilə təltif olunmuşdu.Bayramov Coşğun 2014_də aylə həyatı qurdu .2019 _cu ildə bir oğul evladı dünyaya gəldi.

Qazilər, şəhid ailələri, yazarlar , Qəbələ TV, yazarlar kənd sakinləri iştirak etdi.

Əvvəlcə şəhidin məzarı üzərinə gül dəstələri qoyulmuş, ruhuna dualar oxunmuşdur.
Bir dəqiqəlik sükutla yad edilmişdir.
Sonra şəhid atası çıxış edərək gələn qonaqlara öz təşəkkürünü bildirmişdir.
Tədbirdə Coşqun Bayramovun qəhrəmanlıgından danışılmışdır. Gələn qonaqlar şəhidin başsağlığı vermişdir.

Tədbir ata ocağında ehsan süfrəsi arxasında davam etmişdir.
Allah rəhmət eləsin Şəhidlərimizə

Təranə Alməmmədova

Dünya Azərbaycanlıların Mədəniyyət Mərkəzi, Sabitlik və İnkişaf Mərkəzi, İB Qəbələ rayon nümayəndəliyinin rəhbəri