Tramp Rusiya-Ukrayna müharibəsinin məsuliyyətini görün kimin üstünə atdı

0
34

Rusiya-Ukrayna müharibəsinə görə Ukrayna prezidenti Vladimir Zelenskinin məsuliyyəti var.

Bunu ABŞ-ın keçmiş prezidenti Donald Tramp bəyan edib.

O, həmçinin Zelenskinin müharibənin qarşısını almağa borclu olduğunu bildirib:

“Zelenski indiyə qədər gördüyüm ən böyük treyderlərdən biridir. Hər dəfə meydana çıxanda ona yüz milyard dollar veririk. Tarixdə başqa kim belə məbləğlər alıb”.

Tramp əlavə edib ki, bu, onun Ukraynaya kömək etmək istəməməsi demək deyil. O, ukraynalılara rəğbət bəslədiyini qeyd edib, eyni zamanda Zelenskinin müharibəyə başlamamalı olduğunu da vurğulayıb. Tramp Ukraynadakı müharibəni məğlubiyyət adlandırıb və qeyd edib ki, bu ölkə artıq əvvəlki kimi deyil.