Şəhid!
Bu adın qarşısında hər kəs, kimliyindən asılı olmayaraq ayaq saxlayır və özünü ona borclu sayır.
2020-ci ilin 27 sentyabrında başlayan ll Qarabağ Müharibəsi xalqımız üçün ağır olsa da sonu qəĺəbə ilə nəticələndi. Respublikamızın elə rayonu, elə kəndi olmadı ki, şəhid verməsin.
Qəbələ rayonu da vətənin çətin günündə Ali Baş Komandan İlham Əliyev cənablarının ətrafında sıx birləşdi. Ölkə Prezidentinin dəmir yumruğu hər kəsi birliyə çağırırdı. Xalq həmrəy oldu və bu yolda sinəsini qabağa verdi.
44 günlük Vətən Müharibəsində Qəbələ rayonu da çoxlu sayda şəhid verdi. Nə az, nə çox, 37 şəhid.
Belə oğullardan biri də Bunud kənd Şəhid mayor Natiq İsmayılov olmuşdur. Bu gün 4- cü il dönümü keçirilmişdir. Onun Vətənə əmanət dörd körpəsi var.
Tədbirdə rayonun icra nümayəndəsi, qazilər , şəhid ailələri, şairlər , yaxınları çıxış edərək, şəhid ailələrinə səbr dilədi. Qeyd etdi ki, şəhidlər bizim and yerimiz və müqəddəslərdir. Kimsənin onları unutmağa haqqı yoxdur.
Tədbir şəhidin ata ocağında, ehsan süfrəsi arxasında davam etdi.
Mayor İsmayılov Natiq Əjdər oğlu 1980 ci il mart ayının 5-də Qəbələ rayonu Bunud kəndində doğulmuşdur. 8 ci sinifə kimi Bunud kənd orta məktəbində təhsil alıb. Hərbi məktəb və Hərbi akademiya oxuyub. Naxçıvanda, Qusarda, Murovdağda N saylı hərbi hissələrdə xidmət etmişdir. 2016 cı il Aprel döyüşlərində iştirak etmişdir və xüsusilə fərqlənmişdir. 2020 ci ildə təqaüdə çıxmışdır. 3 ay təqaüddə olmuşdur. 2020 ci il 3 oktyabrdan İkinci Qarabağ müharibəsində döyüşmüş 17 oktyabr 2020 ci il Füzuli rayonu uğrunda döyüşlərdə şəhid olmuşdur. Qəbələ rayonu Bunud kəndi qəbristanlığında dəfn olunmuşdur .
4 övladı vətənə əmanət qaldı.
Allah rəhmət eləsin Şəhidlərimizə.
Təranə Alməmmədova
Dünya Azərbaycanlıların Mədəniyyət Mərkəzi, Sabitlik və inkişaf Mərkəzinin Qəbələ rayon nümayəndəliyin rəhbəri